ƏFQANISTANDA SENSASİYALI HADİSƏ: vitse-prezident ozünü ölkənin başçısı elan etdi, "Taliban"a savaş açdı: "Bura Vyetnam deyil..."

img

17-08-2021 [18:45]


Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib.

Bu barədə siyasətçi tvitter səhifəsində məlumat verib.

Ə.Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, "Taliban" silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir/Report.

Xatırladaq ki, avqustun 15-də "Taliban" Kabilə daxil olduğunu və Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Prezident Əşrəf Qani dərhal ölkəni tərk edib. Bəzi məlumatlara görə, siyasətçi ölkədən qaçarkən özü ilə birlikdə böyük məbləğdə pul aparıb. Kreml bildirib ki, siyasətçi ölkədən biabırçı şəkildə qaçdığı üçün Əfqanıstan xalqı qarşısında cavab verməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA