UEFA Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın rəqibləri bəlli oldu

img

13-08-2021 [09:11]


"Neftçi" və "Qarabağ" komandalarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Mia.az xəbər verir ki, bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.

Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi" (Hayfa) komandasını üstələməyi bacarmalıdır. "Makkabi" evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.

"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" İslandiyada 3:2 hesabı ilə yendiyi "Breydablik"ə öz meydanında da qalib gəlib - 2:1.

Qeyd edək ki, "Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA