"Neftçi" Avropa Liqasında mübarizəni dayandırdı, "Qarabağ" isə pley-offa yüksəldi

img

12-08-2021 [21:55]


Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununda "Qarabağ”Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, Estoniyalı FIFA referisi Kristo Tover idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolu 87-ci dəqiqədə Kadi Borqes vurub.

Bununla da Ağdam klubu pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdəki rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.

"Qarabağ"dan fərqli olaraq, "Neftçi" isə cavab oyunda Finlandiyada HİK-ə uduzub.

Belə ki, 2-2-nin revanşında komandamız 3-0 hesabı ilə meydandan məğlub ayrılaraq Avropa Liqası ilə vidalaşıb.

Flaqman Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA