Messinin gedişi  "Barselona"nı 137 milyon zərərə salacaq

img

09-08-2021 [18:09]


"Brand Finance" konsaltinq şirkəti argentinalı futbolçu Lionel Messinin "Barselona"dan gedişinin maliyyə nəticələrini qiymətləndirib.

Mütəxəssislər klubun maliyyə itkilərinin 137 milyon avro dəyərində olacağını açıqlayıblar.

Bu məbləğə gəlir itkiləri, markanın istifadəsi ilə əlaqədar reklam qazancı və s. daxildir. 34 yaşlı forvardın gedişindən sonra "Barselona" brendinin dəyəri 11% azalacaq.

La Liqa təmsilçisi sponsorluq gəlirindən 77 milyon avro, forma və digər malların satışından isə 43 milyon avro itirəcək.

Qeyd edək ki, Lionel Messinin Fransanın PSJ klubuna keçəcəyi gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA