Bu universitetlərin diplomları Azərbaycanda tanınmır - Xəbərdarlıq/SİYAHI 

img

09-08-2021 [12:54]


Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.

Agentlikdən Mia.az-a verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

1. Dağıstan Dövlət Universiteti

2. Cənubi Rusiya Humanitar İnstitutu

3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu

4. Rusiya Dövlət Sosial Universiteti

5. Moskva Dövlət Açıq Universiteti

6. Regionlararası Heyətin İdarəolunması Akademiyası

7. Müasir Humanitar Akademiya

8. "YUJDAQ" İnstitutu

9. Dnepropetrovsk Milli Universiteti

10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

11. Anadolu Universiteti

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA