Şirvanda COVİD-19 infeksiyasına qarşı mübarizəyə həsr olunan müşavirə keçirilib - FOTO
07-08-2021 [17:53]
Şirvanda COVİD-19 infeksiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında müşavirə keçirilib.
Mia.az xəbər verir ki, müşavirəyə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin, aidiyyəti xidmət təşkilatlarının, idarə və müəssisələrinin rəhbərləri qatılıb.
Videomüşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni növ korona virus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə çoxsaylı xəstəxanaların inşa edildiyini, səhiyyənin maddi-texniki bazasının ən müasir tibbi-texniki avadanlıqlarla, dərman pereparatları, təcili yardım maşınları, xüsusi laboratoriyalar ilə təmin edildiyini, ixtisaslı kadr potensialının xarici ölkələrdən gətirilən mütəxəssislər hesabına daha da gücləndirildiyini qeyd edib.
Xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Şirvan şəhəri üzrə Operativ Qərərgah, mobil təbliğat qruplarının fəaliyyətlərini daha da gücləndirdiyini, Şirvan Bələdiyyəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş sanitar briqadalarının fəallığı ilə şəhər ərazisində geniş miqyaslı profilaktik tədbirlərin davam etdirildiyini, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkənlərində, ticarət və xidmət obyektlərində, sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda mütəmadi dezinfeksiya işlərinin aparıldığını vurğulayıb.
COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də əhalinin vaksinasiya olunmasının önəmindən danışıb. Xüsusi karantin rejiminin yumşaldılmasından sonra görülən tədbirlərə baxmayaraq son vaxtlar şəhərdə virusa tutulan xəstələrin şadlıq saraylarında keçirilən mərasimlərdə yoluxduğunu qeyd edib. Şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinə kollektivlə yanaşı onların ailə üzvlərinin də vaksinasiya prosesinə cəlb edilməsi istiqamətində tapşırıqlar verib. Bu işin daha da sürətləndirilməsinin vacibliyini qeyd edərək hər kəsin bu dövlət əhəmiyyətli məsələyə xüsusi məsuliyyətlə yanaşmasını tapşırıb.
Şirvan Şəhər İcra Hakimiyyətin başçısı 16 avqust 2021-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcəyi barədə məlumat verib.
Videomüşavirədə iştirak edən şəxslər çıxış edərək öz fəaliyyət sahələri üzrə yeni növ korona virus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların vaksinasiyaya cəlb edilməsi istiqamətində gördüyü işlər və həyata keçirdikləri qabaqlayıcı tədbirlər barədə məlumat veriblər. Qısa müddət ərzində əhalini vaksinasiyaya cəlb edəcəklərini bildiriblər.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhəri ərazisində xüsusi karantin rejiminin tələblərinə və sanitar-gigiyena qaydalarına bundan sonra da ciddi riayət edilməsİ, nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdirilməsi, sakinlərin vaksinasiyaya cəlb edilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə ciddi tapşırıqlar verib.
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub