ANAMA minaya düşən əməkdaşının vəziyyəti barədə açıqlama yaydı

img

06-08-2021 [15:58]


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 6-da minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub: "Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA