Oqtay Gülalıyev yeni klinikaya köçürülüb - Agentlik açıqlama yaydı (Yenilənib)

img

06-08-2021 [18:34]


Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülüb.

Agentlikdən Mia.az-a verilən məlumata görə, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır. Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan başqa tibb müəssisəsinə köçürülüb.

Mia.az xəbər verir ki, bunu onun oğlu Təbriz Gülalıyev bildirib.

Onun sözlərinə görə, atası təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Bakının Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

O, uzun müddət Türkiyədə müalicə kursu keçib. Daha sonra Azərbaycana qaytarılıb, müalicəsi xəstəxana və ev şəraitində davam etdirilib. Ötən gün O.Gülalıyevin səhhəti ağırlaşıb və yenidən xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA