Qurban Qurbanov: "Bakıda mərhələni keçməyə çalışacağıq"

img

05-08-2021 [23:35]


"Səfər qolu əvvəl üstünlük idi. Amma indi belə deyil".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bərabərliyin pis nəticə olmadığını bildirib: "Hər iki komanda üçün vəziyyət eynidir. Biz Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurmaq və qol buraxmamaq üçün çalışacağıq".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA