İcra başçısı şikayətçiyə niyə razılıq məktubu yazdırıb? - Gəncədən şikayətə deputatdan reaksiya
05-08-2021 [12:07]
2020-ci il oktyabrın 4-ü... Əziz Əliyev dalan, 9 saylı evə düşmənin atdığı raketlərdən biri bu ünvana düşür. Evdə olan 6 nəfər müxtəlif dərəcəli xəsarət alır. V.Əliyeva isə bir gözünü və dişlərini itirir.
Prezidentin II Qarabağ Müharibəsi zamanı dinc sakinlərə dəyən zərərin ödənilməsi ilə bağlı tapşırığına baxmayaraq, Gəncə İcra Hakimiyyəti bu ailəni görməzdən gəlməyə üstünlük verib.
“Vəziyyətimiz yaxşı olmadığı üçün yaxınlarımız bizi Bakıya apardılar. Müalicəmiz Bakı şəhərində aparıldı. Gəncəyə qayıtdıqda isə dağılmış evimizdə yaşamalı olduq”.
V.Əliyevanın sözlərinə görə, digər evinə raket düşmüş şəxslərə icra hakimiyyəti yardım etsə də, onlar üçün ayrılmış 6 min manat birdəfəlik yardım və adambaşına ayrılan 1500 manat ailəyə verilmir.
Qadın qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə və digər qurumlara, millət vəkili Naqif Həmzəyə məsələ ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalıb. Çarəsiz qadın səsinin eşidilməsi üçün video müraciətlər hazırlayaraq, sosial şəbəkədə yayınlayır ki, bəlkə səsinə kimsə səs verə.
Digər tərəfdən isə V. Əliyeva qəribə bir hadisə ilə üz-üzə qalıb. Dediyinə görə, İcra başçısı Niyazi Bayramov bu 9 ay müddətində ailəyə cəmi 2000 manat pul ödəyib və onların dilindən razılıq məktub alıb:
“Bizi otağa saldılar. Gözüm görmür, yoldaşım da yeni əlifbanı bilmir. Oğluma qol çəkdirdilər. Guya ki, biz icra hakimindən razıyıq. Halbuki, icra hakimiyyəti bizim üçün ayrılan 15 min manatdan cəmi 2 min manat pul verib bizə. Mənim iş yerim də evimdə idi. Salon və şirniyyat sexim vardı. Onlar da dağılıb. Hazırda göy çadırın altında yaşayırıq. Səsimizi isə eşidən yoxdur”.
V. Əliyeva iddia edir ki, artıq Gəncə şəhərində yaşamaq onun ailəsi üçün təhlükəlidir.
Məsələ ilə bağlı Gəncənin millət vəkili Naqif Həmzə ilə əlaqə saxladıq. Millət vəkili məsələdən xəbərdar olduğunu bidirib:
“Adətən zərərçəkənlər Gəncədə müalicə alırdı. Bunlar isə Bakıya getmişdilər və müharibə bitəndən sonra gəldilər. Onlarla qurumlar arasında nə mübahisə varsa, özləri daha yaxşı bilir. Qurum bir məbləğ təklif edir, ailə razılaşmır. Daha çox vəsait istəyir. Ailə ilə qurum dil tapa bilmir. Mən şəxsən qəbul etmişəm. Prosedurları başa saldım. Ailə onlara təklif edilən məbləğlə razılaşmır. Çünki o vəsait onlara çatmır. Onların təkcə yolu məhkəmədir. İcra qurumu pul verdiyini deyir, ailə isə əksini iddia edir”.
Millət vəkili onu da qeyd edib ki, hadisə baş verəndən sonuna qədər Gəncədə olub və dəstək verib:
“Xanımın narazılığı aidiyyatı qurumlardandır. İcra hakimiyyətinin də mövqeyini öyrənin ki, ədalətli olsun. Mən müstəqil fəaliyyət göstərən millət vəkiliyəm. Siz sorğu göndərin ki, sabah problem olmasın. Çünki onların da müəyyən qədər haqqı var. Ailə də haqlıdır, amma qanunvericilik də var. Hər iki tərəf də haqqlıdır, hər iki tərəf də narazı. Mən bu vətəndaşla bağlı hər yerə müraciət etmişəm”.
Məsələ ilə bağlı Gəncə İcra Hakimiyyətinə sorğu göndərmişik. Cavab verildikdən sonra onu da oxuculara təqdim edəcəyik.
P.S. Son zamanlar Gəncədən edilən şikayətlərin sayı durmadan artır. Və nə qədər qəribə olsa da, Bakıya gəlib çatan şikayətlər müxtəlif yollarla ört-basdır edilir.
V.Əliyeva məsələsinə gəldikdə isə, şikayətçi qadın ona ölkə başçısı tərəfindən ayrılan konpensasiyanın verilmədiyini iddia edir.
Biz İcra Hakimiyyətinin də rəyini öyrənməyi çox istərdik, amma görünən odur ki, icra hakimiyyətində müəyyən şəxslər qurumdan edilən şikayətləri qulaqardına vurmağa üstünlük verir. Ya da, Gəncədə baş verənlər, edilən şikayətlər icraçı qurum üçün əhəmiyyət daşımır.
“Necə olmasa da, Bakıdan uzağıq, kimdir bu şikayətləri duyan, eşidən, bilən, inanan” deyib öz işlərinə davam edirlər. Bu yerdə istər-istəməz yada dəvəquşları haqqında mif düşür. Deyilənə görə, dəvəquşları hər zaman başlarını kol-kosa, torpağa soxur və elə zənn edirlər ki, onları kimsə görmür... Amma biz görürük. Gəncə Bakıdan daha yaxşı görünür.
Qeyd edək ki, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Bizimyol.info
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub