Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb

img

03-08-2021 [15:05]


Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.

Mia.az xəbər verir ki, bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə yüksəlib. 33 yaşlı pəhləvan 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA