"Qarabağ"ın "AEL"lə oyununu bu hakimlər idarə edəcək

img

30-07-2021 [17:50]


"Qarabağ"ın Kiprdə AEL klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Məlumata görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına həvalə edilib.

Matçın referisi Qlenn Niberqə yan xətt hakimləri Mahbod Beygi, Andreas Söderkvist yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR