Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə növbəti onlayn görüşü keçirilib - Nələr müzakirə olunub? (FOTOLAR)
27-07-2021 [13:48]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin qeyri-hökumət təşkilatları ilə silsilə görüşləri davam edir.
Mia.az-a verilən məlumata görə, növbəti belə onlayn formatda görüş korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq, Açıq hökumət təşəbbüsləri sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimovun iştirakı iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq perspektivləri barədə geniş danışıb, hazırda icra olunan işlər haqqında müfəssəl məlumat verib və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən söz açıb.
Müşahidə Şurasının üzvü Zaur İbrahimov korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq, Açıq hökumət təşəbbüsləri sahəsində əldə olunmuş naliyyətlər, mövcud problemlər, bu istiqamətlər üzrə islahatalr və çətinliklərin aradan qaldırılmasında QHT-lərin rolu ilə bağlı təqdimatla çıxış edib.
Z.İbrahimov Agentliyin bu məsələlərlə bağlı QHT-lərin təşəbbüslərinin dəstəklənməsi, prioritetlərin müəyyənləşməsi, gələcəyə baxış haqqında fikirlərini bölüşüb. O, bu istiqamətlər üzrə həyata keçirilən islahatların daha səmərəli olması üçün iştirakçılığın və bütün maraqlı tərəflər, o cümlədən QHT-lərlə əməkdaşlığın, səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib. Z.İbrahimov bu istiqamətdə səylərin əlaqələndirilməsi, QHT-lərin potensialının artırılması və iştirakçılığının genişləndirilməsi üçün Agentliyin məsləhətləşmələr və müzakirələrlə müvafiq tədbirlər həyata keçirəcəyini bildirib.
Agentliyin qeyri-hökumət təşkilatları ilə keçirdiyi silsilə sahəvi görüşlərin əhəmiyyətini vurğulayan tədbir iştirakçıları söylənilən fikirlərə münasibət bildiriblər və onların fəaliyyət göstərdikləri sahələrdə aktual olan məsələlərin həllinə dair təkliflərlə çıxış ediblər. Xüsusən, Agentliyin qrant siyasətinin mövcud ehtiyac və prioritetlərə uyğun müəyyənləşməsi, korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq sahələrində dövlət orqanları ilə əməkdaşlığın gücləndirilməsi, daha səmərli ictimai nəzarət fəaliyyətlərinin həyata keçirilməsi üçün mövcud çətinliklərin aradan qaldırılmasında öz səlahiyyətləri daxilində dəstək verməsinin vacibliyi qeyd edilib. İctimai Şuraların fəaliyyəti ilə bağlı çətinliklərin həll edilməsi, QHT-lər üçün əlverişli mühitin yaradılması, Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar işlərin sürətləndirilməsi, ictimai sektorda müşahidə olunan neqativ halların aradan qaldırılması kimi təkliflər səsləndirilib.
Korrupsiyaya qarşı mübarizədə, ictimai nəzarət və ictimai iştirakçılığın genişləndirilməsində QHT-lərin daha fəal rol oynaması üçün qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi xüsusilə vurğulanıb və bununla əlaqədar təkliflər qeyd edilib.
F.Dərgahlı və Z.İbrahimov müzakirə olunan məsələlərlə bağlı QHT nümayəndərlərinin çoxsaylı suallarını cavablandıraraq, şəffaflıq və hesabatlılığın yüksək standartlarının tətbiqi, yeni, QHT-lərin mövcud ehtiyac və potensialını nəzərə alan qrant siyasəti, Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar işlərin sürətləndirilməsi istiqamətində həyata keçirilən və planlaşdırılan fəaliyyətlər barədə ətraflı məlumat veriblər.
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir