ADA-nın “Yay düşərgəsi” Azercell-də - FOTO
26-07-2021 [18:01]
Ənənəvi olaraq ADA Universiteti tərəfindən yay mövsümü ərzində ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil olunan “Yay düşərgəsi” proqramı bu dəfə “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə səfər edib.
Mia.az xəbər verir ki, məktəblilər ilk olaraq ən böyük Azercell Müştəri Xidmətləri Mərkəzində (Bəsti Bağırova küçəsi, 2) qonaq olub, ön masa arxasında Azercell əməkdaşlarının işini canlı olaraq izləyiblər. Onlar Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, ön masa əməkdaşlarının abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.
Daha sonra Azercell şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib. Azercell-in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meylləri, əşyaların interneti, ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonra məktəblilər üçün viktorinalar təşkil edilib və Azercell tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.
Azərbaycanda təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verən Azercell, həm də, istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağa “Busuu” dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edib. Bundan əlavə, Azercell şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlimlər də təşkil edib.
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir