Xanımından sabiq nazir haqqında yazılanlara maraqlı reaksiya: "İşlərimiz o qədər çoxdur ki..."

img

23-07-2021 [18:21]


Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrində (KİV) keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə “yeyilən” daha bir milyonluq məhkəmə işinin araşdırılacağı və bundan sonra sabiq nazirin həbs olunacağı ilə bağlı məlumatlar yayılır.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımova ilə əlaqə saxlayıb və onun yazılanlara münasibəti belə olub: “Mən bu məsələlərlə bağlı nə maraqlanır, nə də hansısa saytlardan oxumuram. İşlərimiz o qədər çoxdur ki, həyat yoldaşım haqqında yazılanları oxumağa vaxtım çatmır. Bütün bu məsələlərə baxmayaraq, Əbülfəs müəllim yaxşı olmağa çalışır. Allah can sağlığı versin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR