Salyanda həyətində 65 nəfərlə toy edən şəxsi və qonaqları cərimələyiblər

img

23-07-2021 [10:12]


Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA