Bakıda "patı" qəbul edən küçədə komaya düşdü - FOTO

img

16-07-2021 [12:08]


Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə Report-a ərazidə işləyən sakinlər məlumat verib.

Məlumata görə, yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

“Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, “patı”nın təsirindən komaya düşüb” - deyə, sakinlər bildirib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA