Texniki baxış şöbələri bayram günlərində işləyəcək

img

16-07-2021 [10:11]


Qurban bayramı ilə əlaqədar 2021-ci il iyul ayının 18-dən 22-dək qeyri-iş günləri olması, eyni zamanda bayram günlərində polisin gücləndirilmiş iş rejimində xidmət aparması və belə günlərdə vətəndaşların asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həmin qeyri-iş günlərində də saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

"Odur ki, avtomobil sahibləri və sürücülər fürsətdən istifadə edib nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər", - o, əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA