Şirvanda Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 52-ci il dönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
14-07-2021 [15:25]
Şirvanda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsinin 52-ci il dönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, Milli Məclisin deputatı İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai-siyasi qurumların nümayəndələri öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin Mərkəzi meydanında ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.
Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərindən, Şirvan şəhərinə səfərindən bəhs edən eksponatlarla tanış olublar.
Heydər Əliyev Mərkəzində keçirilən ümumşəhər tədbirində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 14 iyul 1969-cu ilin Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb etdiyini, həmin tarixi gündə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçildiyini bildirdi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ilə qədər dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə çalışdığını, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəldiyini, həmin Komitənin milliyətcə ilk azərbaycanlı generalı olduğunu vurğuladı. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK plenumunda Heydər Əlirza oğlu Əliyevin respublika rəhbəri seçilməsi ilə ölkəmizin tarixində keyfiyyətcə yeni bir mərhələnin başlandığını qeyd etdi. Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının milli maraqlarını hər şeydən uca tutduğunu, böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdığını, İttifaq dövləti tərkibində ölkəmizin xalq təsərrüfatının hərtəfərli yüksəlişinə, o cümlədən Şirvan şəhərində yeni sənaye müəssisələrinin tikintisinə nail olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik, quruculuq siyasətinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, müasir, müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu qeyd etdi. Tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik edərək müstəqil dövlətimizin inkişafına xidmət edəcək fəaliyyətlərində uğurlar arzu etdi.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən “Millət atası” sənədli filminə tamaşa etdilər.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Çempionlar Liqası: "Liverpul" "Qarabağ"a 5-ci qolu da vurdu - CANLI YAYIM (Yenilənir)
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək