“Yeni Klinika”da “CoronoVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına start verilir

img

14-07-2021 [19:21]


Əhali arasında yeni növ koronavirus (COVID 19) infeksiyası əleyhinə peyvənd vurdurmağa artan tələbatı nəzərə alaraq, vaksinasiya məntəqələrinin sayı artırılıb.

Mia.az xəbər verir ki, xidmətin əlçatanlığını təmin etmək məqsədilə iyulun 15-dən etibarən “Yeni Klinika” tibb müəssisəsində “CoronoVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanılacaq.

Məlumata əsasən, peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsi Heydər Əliyev prospekti, 142 ünvanında yerləşir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA