Şəhid Orxan Əliyevin azyaşlı qızı vəfat edib

img

14-07-2021 [17:56]


Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib. Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb.

Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri onun orqanizminə uyğun gəlməyib.

Dünən 2 yaşlı Nur dünyasını dəyişib və şəhid atasının məzarı yanında dəfn edilib.

Şəhid Orxan Əliyevin Nurdan başqa, 8 yaşlı oğlu Məhəmməd və 7 yaşlı qızı Yağmur ondan yadigar qalıb.

Qeyd edək ki, Orxan Əliyev Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA