Vilayət Eyvazov qazi idmançının rütbəsini vaxtından əvvəl artırıb

img

14-07-2021 [17:25]


Azərbaycanlı döyüş samboçusu, MMA idmançısı Bəxtiyar Abbasova polis kapitanı rütbəsi verilib. 

Mia.az Oxu.Az-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova bu rütbə vaxtından əvvəl təqdim olunub. 

Səbəb onun Vətən müharibəsinin ilk günlərindən sonadək döyüşlərdə iştirakıdır. Abbasov polis zabiti olsa da, sentyabrın 29-dan könüllü şəkildə Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Qeyd edək ki, Bəxtiyar Abbasov 2008-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, 2016-cı ildə isə fəxri fərmanla təltif olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA