Sabah yağış yağacaq - Proqnoz açıqlandı

img

14-07-2021 [12:58]


Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA