BANM-in məzunu 14 ali məktəbə qəbul olub

img

13-07-2021 [13:57]


Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Azərbaycan üzrə rekord göstəriciyə imza atıb. Kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14 universitetə qəbul olub.

Bu barədə BANM-dən Mia.az-a verilən məlumata görə, o, müraciət etdiyi ABŞ – ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.

Təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir.

Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də artıq bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib.

Zahir Ağayevin seçimi ABŞ-ın Konnektikut Universiteti (University of Connecticut) olub.

Yeri gəlmişkən, Zahir Ağayev 2016-cı ildə DİM-in qəbul imtahanından 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali Məktəbi 91.09 Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA