İdarəetmə Sistemləri İnstitutunda ADNSU ilə birgə elmi seminar keçirilib
12-07-2021 [12:59]
AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ilə birgə elmi seminar keçirilib.
Mia.az-a verilən məlumata görə, tədbirdə İnstitutun baş direktoru, akademik Əli Abbasov, icraçı direktor, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun elmi işlər üzrə prorektoru professor Rauf Əliyarov, high performance computing (HPC) üzrə rektor müşaviri, professor Ehsan Musəvi, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, HPC-nin elmi rəhbəri professor Araz Əliyev, İnstitutun bir qrup alim və mütəxəssisi, həmçinin dəvət olunmuş qonaqlar iştirak ediblər.
İnstitutun baş direktoru, akademik Əli Abbasov 2019-cu ildə regionda ilk dəfə ADNSU-da High Performance Computing mərkəzinin yaradıldığını qeyd edərək mərkəzin imkanlarından və elmin inkişafındakı rolundan, ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Akdemik cari ilin mart ayında bu sahədə İSİ ilə ADNSU arasında imzalanan əməkdaşlıq müqaviləsini xatırladaraq İSİ-nin müvafiq laboratoriyalarında yüksək sürət tələb edən tətbiqi məsələlərini həlli istiqamətində HPC-nin imkanlarından yararlanmağın zəruriliyini və böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Sonra HPC mərkəzinin elmi və təşkilati işlər üzrə icraçısı t.ü.f.d. Nigar İsmayılova təqdimatla çıxış edərək yüksək səviyyəli hesablama sistemlərinin müasir dövrdə ölkələrin elmi-texnoloji inkişafı üçün zəruriliyini qeyd etmiş, HPC-nin elmtutumlu iri sənaye müəssisələri və akademik qurumları tərəfindən, əsasən, böyük həcmli hesablamalar tələb edən elmi-praktik məsələlərin həlli üçün tətbiq olunduğunu bildirmişdir. N.İsmayılova sözügedən sahədə kadr hazırlığının önəmini vurğulayaraq bu istiqamətdə ADNSU-nun rolu, görülən işlər və beynəlxalq layihələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
High Performance Computing üzrə rektor müşaviri, professor Ehsan Musəvi hazırda müasir elmi tədqiqatlarda geniş istifadə olunan HPC-nin imkanlarından söz açmış və onun kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi müxtəlif elm sahələrində geniş tətbiq imkanlarına malik olduğunu qeyd etmişdir. E.Musəvi AMEA-nın elmin inkişafındakı əhəmiyyətli roluna toxunaraq İSİ ilə əməkdaşlığın Azərbaycanda böyük həcmli və yüksək sürət tələb edən hesablamaları həyata keçirərkən ortaya çıxan problemlərin həllində önəmli olacağını və bu istiqamətdə inkişafa mühüm töhfələr verəcəyini bildirdi.
Daha sonra Ehsan Musəvi və “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, HPC-nin elmi rəhbəri, professor Araz Əliyev tədbir iştirakçıların çoxsaylı suallarını ətraflı şəkildə cavablandırmış, mövzu ətrafında fikirlər səsləndirilmiş və gələcək perspektivlərlə bağlı təkliflər irəli sürülmüşdür.
İSİ-nın icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və ADNSU-nun elmi işlər üzrə prorektoru professor Rauf Əliyarov çıxış edərək imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ADNSU-nun bazasında olan HPC-nin imkanlarından istifadə etməyin bir sıra fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasında zəruriliyini vurğulamış və bu istiqamətdə görüləcək işlərin gələcəkdə mühüm elmi nəticələr əldə olunmasına töhfələr verəcəyini qeyd edərək təkliflərini səsləndirmişlər.
Seminar çərçivəsində İSİ-də aparılan bir neçə tədqiqatların, o cümlədən pilotsuz uçan aparatların optimal idarə edilməsi, təbii dilin emalı və başa düşülməsi, qeyri-müəyyənlik şəraitində obyektlərin tanıma məsələsi və süni intellektin tətbiqi ilə bir sıra praktiki məsələlərin həllində universitet alimləri ilə birlikdə yüksəksürətli hesablamalar mərkəzinin resurslarının səmərəli istifadəsi geniş müzakirə olundu.
Sonda akademik Əli Abbasov müzakirələri yekunlaşdıraraq HPC mərkəzinin imkanlarından daha səmərəli istifadə etmək məqsədilə İnstitutun aparıcı alim və mütəxəssislərinə müvafiq tapşırıqlar verdi, bu sahədə əməkdaşlığın hər iki müəssisə üçün önəmini bir daha vurğulayaraq ADNSU rəhbərliyinə təşəkkürünü bildirdi.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək