Türkiyə rəsmiləri "Qırmızı körpü"də olub - FOTO

img

12-07-2021 [12:35]


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Qərb bölgəsinə səfəri çərçivəsində Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük-keçid məntəqəsini ziyarət edib.

Bu barədə səfirliyin "Twitter" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, səfir ərazidə Dövlət Gömrük Komitəsinin (DGK) rəsmiləri ilə görüş keçirib. Görüşdə onunla yanaşı Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, ticaret müşavirləri Ahmet Erdal, Yakup Sefer, Eser Çengel də iştirak edib. Daha sonra qonaqlar DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralovun müşayiəti ilə gömrük-keçid məntəqəsinə baş çəkib/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA