Rəşad Xalıqova yeni vəzifə verildi

img

12-07-2021 [09:51]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də kadr dəyişikliyi olub.

Mia.az xəbər verir ki, Rəşad Xalıqov qurumun informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsinə təyinat alıb.

Məlumata görə, R.Xalıqov 1988-ci ildə Bakıda anadan olub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində Kompüter mühəndisliyi üzrə bakalavr və magistr dərəcəsində təhsil alıb.

R.Xalıqov Fransada və Azərbaycanda özəl sektorda mühəndis, informasiya texnologiyaları üzrə menecer və direktor kimi bir çox sahələrdə fəaliyyət göstərib, ötən ilin yanvar ayından indiki təyinata qədər Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA