Rabitə sektorunda islahatlara start verildi: ilk Regional filial yaradıldı

img

11-07-2021 [21:25]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturuna daxil olan region filiallarının yaradılmasına start verilib.

Mia.az nazirliyə istindadla xəbər verir ki, proses “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.

Bu məqsədlə Yevlaxda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə iclas keçirilib. İclasda “Aztelekom”un strukturunda mərkəzi Yevlax şəhərində olmaqla yaradılması planlaşdırılan regional filial üzrə idarəetmənin daha effektiv həyata keçirilməsi üçün Regional filialın yaradılması elan olunub.

Belə ki, Yevlax filialının adı dəyişdirilərək “Yevlax Regional Filialı” adlandırılıb. Bundan sonra pilot layihəyə əsasən, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam filiallarının hazırkı xidmət əraziləri Regional filialın xidmət əraziləri hesab olunacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA