Ucar dəhşətli qəza: 5 nəfər ölüb - VİDEO

img

09-07-2021 [10:00]


Ucar rayonunda baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub.

Mia.az Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi “Shacman” markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü N.Axundov və sərnişinləri olan Zaqatala rayon sakinləri - 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar ölüblər.

Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA