İcra başçısının oğluna yeni vəzifə verildi - FOTO

img

08-07-2021 [13:29]


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə idarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA