Respublika Klinik Xəstəxanasının direktor müavini yeni vəzifəyə təyin olunub

img

08-07-2021 [12:56]


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın sədri dəyişib.

Bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın yaradılması, tərkibinin və əsasnaməsinin müzakirəsi və təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Komissiyanın sədri "Akademeik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini Telman İbadov təyin olunub.

Qeyd edək ki, Komissiyanın əvvəlki sədri pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyev olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA