Xırdalan parkında it sürüsü uşaqlara hücum edib, yaralı var - FOTO

img

07-07-2021 [16:34]


Dünən Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda həyəcanlı anlar yaşanıb.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, parkda gəzən uşaqlara it sürüsü hücum çəkib. Uşaqlardan biri yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, parkda dincələn sakinlərin müdaxiləsi olmasaymış, bədbəxt hadisə baş verəcəkmiş.

Xəsarət alan uşaq dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə dərman vurulub.

Xəstəxanadan Bakupost-a bildirilib ki, xəsarət alan şəxs Teymur Mirzəxanlı adlı yeniyetmədir. İtlər onun ayağını dişləyib.

Qeyd edək ki, analoji hadisə Abşeron ərazisində bir neçə dəfə baş verib. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmır. Sahibsiz heyvanlar əhalinin ən sıx olduğu yerlərdə sürü halında dolaşırlar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA