BDU şəhidin diplomunu niyə vermir? - Şəhidin anası prezidentə müraciət etdi
07-07-2021 [12:39]
Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tərxan Zabit oğlu Qurbanovun anası Elmira Qurbanova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva, Təhsil naziri Emin Əmrullayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə müraciət ünvanlayıb.
Mia.az Etikxeber.az-a istinadla xəbər verir ki, şəhid anasının müraciətində deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elmira Qurbanova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tərxan Qurbanovun anasıyam. Üç övladımdan biri, böyük övladım, böyük oğlum Tərxan 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində təhsil alıb. Tərxan Universitetin sevilən tələbələrindən biri olub, daha çox müəllimlər və qrup yoldaşları arasında böyük hörmət qazanıb. 2019-cu ildə ali təhsilini başa vurduqdan sonra, 05.07.2019-cu il tarixində Ağcabədi rayonundakı hərbi hissələrdən birində hərbi xidmət keçib. İkinci Vətən Müharibəsi başlanan gündən, 27 sentyabrdan da döyüşlərdə olub.
Döyüş yolu da uzun və şərəfli olub. Fizulidən Xocavəndə, Xocavənddən Şuşaya qədər döyüş yolu keçib. Oğlum Xocavənd istiqamətində ağır döyüşlərdən birində, İkinci Vətən Müharibəsinin bitməsinə cəmi 4 gün qalmış-6 noyabr tarixində qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib. Nəşini yalınız noyabrın 25-ində əldə etmək mümkünləşib və elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra Sizin sərəncamlarınızla “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Övlad acısı, övlad itkisi çox ağır və dözülməz olsa da, Tərxanımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, belə bir İgidin, Qəhrəmanın anası, valideyniyəm. Oğlum da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əyirəm!”
Müraciətdə sonra deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Sizə müraciət etməkdə məqsədim odur ki, çox təəssüflər və əfsuslar olsun ki, Şəhidimin BDU-nu bitirməsindən iki il vaxt keçməsinə baxmayaraq, diplomunu hələ də ala bilməmişik. Bəlkə də oğlum, Şəhidim sağ olsaydı, bunu özümə dərd etməzdim, deyərdim ki, haçan olsa, alar. Amma 8 aydan çoxdur oğlum, Tərxanım yoxdur, gənc, cavan yaşlarında, ömrünün ən gözəl çağında canını Vətəni, Qarabağı yolunda fəda, Şəhid etdi. Onsuz keçən hər an, hər saniyə mənim, ailəmiz üçün böyük əzabdır, böyük acıdır. Özü sağlığında diplomunu görə, əlinə bircə dəfə olsun ala bilmədi, heç olmasa, diplomu bizə, ailəsinə verilsəydi, az da olsa, bizə təsəlli olardı, onunla təskinlik tapardıq, özümüzü ovudardıq.
Amma təəssüflər olsun ki, nə oğlum əsgərlikdə olan müddətdə, nə də Şəhidliyindən keçən 8 ayda diplomu bizə təhvil verilib. Hər dəfə də vədlər verilir, ancaq diplomun təhvil verilməsi düyünə düşür, mümkün olmur. Bu isə məni, ailəmizi, Şəhid ailəsini çox üzür, çox incidir. Ona görə Sizdən dönə-dönə və acizanə şəkildə xahiş edirəm ki, oğlumun diplomunun bizə-ailəsinə verilməsi ilə bağlı həm Təhsil Nazirliyinə, həm də BDU-ya tapşırıq və göstəriş verəsiniz. İnanıram və əminəm ki, belə də olacaq, dəstəyinizi əsirgəməyəcəksiniz, müraciətim nəzərə alınacaq, öz müsbət həllini tapacaq, Şəhidimin diplomu nəhayət, ailəsinə təhvil veriləcək. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, həm də Şəhid ailəsinə təsəlli, təskinlik verilmiş olacaq.
Öncədən dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, Azərbaycanımızı qorusun!“.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək