Bu xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirilib - SİYAHI

img

07-07-2021 [09:44]


Azərbaycanda bir sıra tibb müəssisəsi birləşdirilib.

Məlumata görə, həmin xəstəxanalar yenidən təşkil olunub.

Belə ki, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxs "21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası, habelə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxslərin ona qoşulması ilə yenidən təşkil edilib.

Xatırladaq ki, bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin ona qoşulması ilə yenidən təşkil olunub. Eyni zamanda K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Uşaq Klinik Xəstəxanasının ona qoşulması ilə yenidən təşkil edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA