23 yaşlı qızın vaksindən sonra səhhəti pisləşdi - Poliklinikadan açıqlama

img

05-07-2021 [17:34]


Bakı sakini 23 yaşlı Fərqanə Niftəliyevanın COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurduqdan sonra səhhətinin pisləşdiyi bildirilir.

Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 3-də Maştağa qəsəbəsi 7 saylı poliklinikada qızına "Sinovac" vaksininin ikinci dozası vurulub: "Bundan sonra qızımda nəfəs darlığı və boğulmalar yarandı. Bu gün poliklinikaya getdik, sahə həkimi dedi ki, "qızınız dəlidir, nevroloji problemləri" var. Hazırda qızımı təcili yardım maşını ilə xəstəxanaya aparırıq".

7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova bildirib ki, vətəndaş 1998-ci il təvəllüdlü Niftəliyeva Fərqanə Ruhullah qızı 3 iyul 2021-ci il tarixdə 7 saylı BŞX-nin poliklinika şöbəsində "Sinovac" peyvəndinin 2-ci dozasını qəbul edib: "Atasının dediyinə görə həmin günü axşam qızında boğulma halları olub. Təcili Tibbi Yardıma müraciət edilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. İlk yardım göstərilib psixosomatik şöbədə stasionar müalicədən imtina edib. 5 iyul 2021-ci il tarixində yenidən poliklinikaya müraciət edib və nevropatoloq tərəfindən müayinə edilib.

Ona isterik tipli qıcolmalar diaqnozu qoyulub. Təcili Tibbi Yardım vasitəsilə xəstə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA