Emin Əmrullayev yeni siniflərin yaradılması barədə əmr verdi - Siyahı

img

05-07-2021 [14:49]


2021-2022-ci tədris ilində inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndiriləcək.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, növbəti tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflərin təşkili nəzərdə tutulub.

Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA