Sumqayıtda Milli Qəhrəmanın adını daşıyan küçənin sakinləri 20 gündür susuz qalıb

img

05-07-2021 [12:46]


Sumqayıtda "Yaşıldərə" yaşayış massivinin Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçəsinin 4-cü məhəlləsinin (Xıdırlı  məktəbinin yolunda) sakinləri artıq 20-günə yaxındır ki, susuzluqdan əziyyət çəkir.

Mia.az xəbər verir ki, qızmar yay günləri  işməli  su üzünə belə həsrət qalan sakinlər məcbur olub hər gün suyu su gələn qonşu məhəllələrdən vedrələrlə , qablarla əl ilə daşıyırlar.

Neçə vaxtdır su borusu çəkilən məhəllə sakinləri demək olar hər yay bu əziyyətlə  qarşılaşırlar. Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür və ya nə səbəbdənsə  onlara su gəlmir.

Sakinlər problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt şəhər Bələdiyyəsinə ,yerli icra orqanlarına müraciət etsələr də onların şikayəti  həllini tapmır, heç bir tədbir görülmür, yalnız vədlər verilir.

Sakinlər mətbuat vasitəsilə aidiyyatı qurumlardan , məsul şəxslərsən xahiş edirlər ki, onların su probleminin həll edilməsi üşün tədbir görülsün.

"Çünki isti yay günlərində  aylarla susuz qalmaq dəhşətdir",-sakinlər deyirlər.

Azər MURADOV.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA