ETSN və xidmət rəsmilərindən açıqlamalar: "Daşlı ada çoxdan mövcuddur və..."

img

05-07-2021 [12:12]


“Dünyada olan 900 palçıq vulkanının 300-nə Azərbaycanda rast gəlinir. Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə deyib dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb:

"Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.

Onun sözlərinə görə, vulkan 8 dəqiqə püskürüb: “Dərinliyi 1,48 km olub. “Vulkan püskürməsi nəticəsində ölənlərin, yaralanların olması barədə məlumatlar tamamilə əsassızdır. Mən bilmirəm ki, bu kimi məlumatları əsassız olaraq kimlər yayır”.

Yetirmişli deyib ki, vulkan püskürməsi nəticəsində heç bir insan təlafatı qeydə alınmayıb.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA