ADA Universiteti ilə Qırğızıstanın Diplomatik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb - FOTOLAR

img

05-07-2021 [11:45]


İyulun 2-si ADA Universiteti ilə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

ADA-dan Mia.az-a veirlən məlumata görə, memorandumu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Qırğızıstan Respublikasının Xarici işlər naziri Ruslan Kazakbayev imzalayıb.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığa toxunan Rektor Paşayev Azərbaycan və Qırğızıstan arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirərək, imzalanan sənədlə təhsil sahəsində də əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.

Qırğızıstan Xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın regionda dinamik templə inkişaf etdiyini və hər dəfə ölkəyə səfər edən zaman bu inkişafın şahidi olduğunu bildirib.

Sənədə əsasən, hər iki ali təhsil qurumu birgə tədqiqatlar aparacaq, məlumat və təcrübə mübadiləsi həyata keçirəcək. Sənəddə peşəkar kadrların hazırlanması üzrə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulub.

Bununla yanaşı, tərəflər xarici siyasət, beynəlxalq əlaqələr və digər müvafiq sahələr üzrə diplomat və mütəxəssislərin yetişdirilməsi istiqamətində təlim kursları təşkil edəcəklər.

Qeyd edək ki, Memorandum beş il ərzində qüvvədə olacaq.

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA