"Azercell"in səyyar klinikaları təmənnasız xidmət göstərməkdə davam edir
05-07-2021 [11:01]
"Azercell Telekom" MMC-nin Səyyar Diş və Göz Klinikaları son üç ayda bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəxsə xidmət göstərib.
Mia.az xəbər verir ki, "Azercell"in Səyyar Diş Klinikasında bu ilin ikinci rübü ərzində 166 nəfərə təmənnasız tibbi yardım göstərilib. Aprel ayında klinikanın həkimləri Suraxanı rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladlarını (46 nəfər) müalicə və müayinə ediblər. May ayında Masazır qəsəbəsindəki 56 saylı Kəlbəcər tam orta məktəbinin 50-yə yaxın şagirdi müayinədən keçib. İyun ayında isə Gürgən qəsəbəsində xidmətdə olan klinikada 71 uşağın diş problemi aradan qaldırılıb. Ümumilikdə bu ilin ilk yarısında Azercell-in Səyyar Diş Klinikasında 218 nəfər müalicə alıb.
Hesabat dövründə Azercell-in Səyyar Göz Klinikası da öz növbəsində oftalmoloji problemləri olan şəxslərə yardımını əsirgəməyib. Son 3 ayda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edən klinikanın həkimləri 267 nəfərə kömək göstəriblər. Təkcə iyun ayında 120 xəstə (93 böyük, 27 uşaq) pulsuz müayinə və müalicə olunub. Onlar arasında şəhid və qazi ailələrinin üzvləri, aztəminatlı ailələrin uşaqları, uşaq və gənclər təşkilatlarının üzvləri də var.
2021-ci ilin əvvəlindən bu günədək klinikanın həkimləri tərəfindən göz problemi olan 372 nəfərə (230 böyük, 142 uşaq) yardım edilib. Bu müddət ərzində klinikanın heyəti Bakı ilə yanaşı, Sumqayıt, Pirallahı və Zirə qəsəbələri, Quba, Ucar, Kürdəmir rayonu, Siyəzən rayonları, Xudat şəhərində səyyar şəkildə xidmət göstərib.
Beləliklə, Azercell-in Səyyar Klinikaları bu il ərzində ümumilikdə 600-ə yaxın şəxsə ödənişsiz tibbi xidmət təqdim edib. Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən səyyar klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək