Koronavirusu gizli keçirənlərlə bağlı qaydalar hazırlanır
02-07-2021 [18:48]
“Peyvənd təminatı ilə bağlı Azərbaycanın istehsalçılarla razılıqları var”.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib. O bildirib ki, peyvəndlərin həm yararlılıq, həm də saxlanma müddəti nəzərə alınaraq birdəfəlik gətirilməsi məqsədəuyğun sayılmır: “Peyvəndlər partiyalarla gəlir. Ona görə 16 milyon doza peyvəndin ölkədə təminatı ilə bağlı heç bir problem olmayacaq. Bu gün faktiki olaraq bütün Avropa ölkələri ÜST-ə daxildirlər. Onlar ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri öz peyvənd cədvəllərinə daxil edib, Azərbaycan da həmçinin ancaq ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri istifadə edir. Buna görə Avropa ölkələri ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri vurduranların COVID pasportunun qəbul olunmasını təmin edəcəklər. Onların başqa yolu yoxdur. Bu gün hər hansı Avropa ölkəsi bir peyvəndə üstünlük verirsə, o demək deyil ki, digər peyvəndi pasport kimi qəbul etməyəcək. Sadəcə bu, vaxt məsələsidir. Əgər ÜST tərəfindən tanınırsa, demək keyfiyyətlidir və Avropa İttifaqı tərəfindən tanınmalıdır. Lakin ikili standartlar həmişə mövcuddur. Ola bilər ki, bəzi Avropa ölkələri yenə öz daxili qaydaları çərçivəsində müəyyən peyvəndi qəbul etməsinlər. Bu, yenə də onların ikili standartları və maraqları baxımından müəyyən siyasət həyata keçirməsinə gətirib çıxara bilər”.
S. Məmmədov qeyd edib ki, koronavirusu gizli keçirənlər, anticisimlər yarananlar COVİD pasportu əldə edə bilmirlər: “İstər TƏBİB, istərsə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu anlayır. Bu insanın yoluxma vaxtı, yoluxubsa onda antitellərin hansı müddətdə öz təsirini saxlaması kimi suallar elmi cəhətdən düzgün standartların hazırlanmasına gətirib çıxaracaq. TƏBİB və Operativ Qərargahla gündəlik müzakirəmiz nəticəsində bildirilib ki, bunun üzərində iş gedir. Əminəm ki, bu insanların problemləri kənarda qalmayacaq. Tezliklə lazımi qaydalar hazırlanacaq. Lakin bu gün anticisimləri olan insanların belə peyvənd olunması əks göstəriş deyil. Anticisimlər olduğu halda belə həmin insanların peyvənd vurdurması məsləhətdir və bu şəkildə asanlıqla COVID pasportunu əldə edə bilərlər”/APA.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək