Bakıda daha bir polis rəisi vəzifədən azad olundu - Yeni təyinat 

img

01-07-2021 [11:17]


Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkəni, bir ay öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbalıyevin yerinə təyinat olub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA