Tovuzda Orta əsrlər dövrünə aid mədəni təbəqə aşkar edilib - FOTO
01-07-2021 [10:28]
Ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləş dirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Mia.az-a verilən məlumata görə, xidmətin müraciəti əsasında, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası, iyun ayında rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin (inv. 5201) ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb.
Arxeoloji tədqiqat işləri hündür təpələr olan Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı Qala düzü ərazisində Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Bununlada, Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqlənmiş oldu.
Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr, Son Orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ön plana çəkir. Aparılmış qazıntılar nəticəsində Qala düzü ərazisində yeni aşkar olunmuş Son Orta əsrlər dövrü yaşayış yerinin mühafizə zonasının sərhədləri müəyyən edilib.
Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid Məscid və Türbə kompleksi 80-ci illərdə tədqiq edilmişdir. Axınca çayın ətrafında yerləşən digər Orta əsrlər dövrünə aid memarlıq kompleksi çayın üzərində XV əsrə aid aran memarlıq məktəbi üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.
İsrail və Livan sərhədçiləri atışıb
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
Gültəkin Hacıbəylinin evində axtarış aparılıb
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
İranda helikopter meyvə-tərəvəz bazarına düşüb - FOTO
“Azərpoçt”un vəzifəli şəxslərinə hökm oxundu
150 min nəfərlik silahlı dəstəyə sahib olan narkomafiyanın ikinci şəxsi belə öldürüldü - FOTO
Hindistanda təcili yardım təyyarəsi qəzaya uğradı - Yeddi nəfər öldü
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Azərbaycan nefti 73 dollardan baha satılır
ABŞ-da güclü qar yağıb - 5700-dən çox uçuş ləğv edilib
Nazirlik Novruzla bağlı əhaliyə müraciət edib