Sərxoş vəzifəli şəxs saxlanılıb - VİDEO

img

30-06-2021 [17:39]


Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib .

Mia.az Report-a istinadla xəbər verir ki, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər.

Qanunları pozaraq, sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliliyyətə cəlb ediliblər.

Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini pozanlan onlarla sürücü barədə inzibati protokol tərtib edib və avtomobilini müvafiq sənədləri olmadan, həmçinin sərxoş halda idarə edən sürücülərin nəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, xoşagəlməz halların baş verməsinin və qanun pozuntularının qarşsıının alınması məqsədi ilə bu cür yoxlamalar yay mövsümün sonuna kimi davam etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA