Qarabağ qazisi Kəmaləddin Heydərovdan iş istədi

img

28-06-2021 [15:23]


"Vətən Müharibəsi" iştirakçısı, qazi, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilən Əhmədli Süleyman Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərova müraciət edib. 

Müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Nazir, müraciətimin əsas mövzusuna keçməzdən öncə özüm haqqında qısa məlumat vermək istərdim. Mən Əhmədli Süleyman 1993-cü ildə Göyçay rayonunda kəndli ailəsində anadan olmuşam. Orta təhsilliyəm. 2011-2013-cü illərdə həqiqi hərbi xidmət keçmişəm. 

2020-ci ilin sentyabr ayında Vətən Müharibəsi başlayanda, Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından sonra ordu sıralarına cəlb edilərək Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Ali Baş Komandan cənab İlham Əliyevin 24.06.2021-ci il tarixdə verdiyi sərəncamla "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişəm. Döyüşlər başlayana qədər kiçik sahibkarlıqla məşğul olmuşam. Hazırda, təəssüflər olsun ki, işsizəm. Bu da ailəmiz üçün ciddi maddi problemlər yaradır. 

Hörmətli Kəmaləddin müəllim, mənim Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Müfahizə Xidmətində "  işlə təmin edilməyimdə mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. 

Hörmətlə

Süleyman Əhmədli"

Qazi ilə əlaqə nömrəsi: 0553518843


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA