BAKIDA XƏZƏR BELƏ GÜNƏ QOYULUR: çirkab dolu böyük axıntılı "çay" təmizlənmədən birbaşa dənizə tökülür - VİDEO

img

27-06-2021 [20:47]


Abşeron çimərliklərində dənizə tullantılarla zəngin çirkab suları axıdılır.

Mia.az xəbər verir ki, bu barədə sabiq deputat Nazim Bəydəmirli video paylaşıb.

Görüntülərdə çirkab suları heç bir təmizləyici qurğu olmadan birbaşa dənizə axır.

Sabiq deputat yazıb ki, bu görünütülər Novxanı ilə Kürdəxanı arasında çəkilib: "Bu, Rus çimərliyinə ("Rus Beach") gedən yolun üstündədir".

Ümidvarıq ki, müvafiq quurmlar onsuz da böyük çirklənməyə məruz qalan Xəzərə belə tullantıların axıdılmasının qarşısını təcili almaq üçün hərəkətə keçəcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA