Ekspert: "20 minlik maşına sahib olmaq ayı 20 min olan özəl məktəblərdə oxutmaq imkanı demək deyil" - "Bizim məktəblərin nə özəlinə, nə dövlətinə etimad yoxdur"
27-06-2021 [20:07]
"Yeni və gənc təhsil naziri Emin Ənrullayevin son müsahibəsində maraqlı məqamlar var. Nazir qeyd edir ki, Azərbaycanda saysız varlı adamlar var, amma onların hamısı övladlarının təhsilinə sahib olduqları imkanlara uyğun pul xərcləmirlər".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, nazirin çıxardığı nəticə üçün söykəndiyi arqumentlər çox ilgincdir:

RÖVŞƏN AĞAYEV
"Nazir deyir ki, Bakıda küçələrdə dəyəri 20 000 manatdan çox olan həddən artıq çoxlu sayda bahalı maşın var, amma özəl məktəblərdə cəmi 0.6% şagir təhsil alır.
Məncə, 2 göstərici arasında bu əlaqəni qurmaq yanlışdır. Çünki:
1) 20 000 manatdan çox dəyəri olan maşına sahib olmaq hələ övladını illik xərci 4-5 min manatdan başlayıb 20-30 min manata kimi çıxan özəl orta məktəblərdə oxutmağa imkana sahib olmaq demək deyil. Kimsə bunu kreditlə, yaxın adamlardan borc götürməklə də alıb, bəzən hətta işgüzar məqsədlər üçün istifadə edə bilir;
2) Varlı adamlar övladlarının adını formal olaraq ixtiyari bir dövlət təhsil müəssisəsinə yazdırmaqla ev şəratində bahalı fərdi hazırlığa üstünlük verirlər. Çünki bizim məktəblərin nə özəlinə, nə dövlətinə etimad göstərmirlər. Hətta daha zənginləri içəsində övladının yuxarı siniflərdə xaricdə oxudanlar da var".
Ekspert deyir ki, nazirin müsahibəsində ona manipulyativ təsir bağışlayan 2-ci məqam 5 yaşlı uşaqların məktəbəqədər hazırlığının birdən-birə 90%-ə çatdırlması ilə bağlı faktdır:
"5 yaşını tamam etmiş, bir neçə ay sonra 1-ci sinfə qəbul olacaq uşaqların məktəbəqədər hazırlığı ən yaxşı halda orta təhsili 5 yaşda başladıb 12 illik orta təhsilə keçid etməkdən başqa nəsə deyil. Çünki məktəbəqədər hazırlığın məqsədi və verəcəyi fayda heç də nazirin müsahibəsində deyilən kimi uşaqların daha 1 il tez hərf öyrənməsində deyil. 3 yaşından başladılmalı olan məktəbəqədər təhsil uşaqlara düşünmək və özünüifadə etmək bacarıqları formalaşdırmaq, müxtəif proqramlar vasitəsilə 3-6 yaşı uşaqların fiziki və əqli qabiliyyətlərini inkişaf etdirmək, fərqli sosial-demoqrafik qrupa məxsus ailələrdən gələn uşaqların yetənəkləri arasında fərqləri aradan qaldırmaq, onların sosiallaşma və ünsiyyət bacarıqlarını gücləndirərək daha yetkin vəziyyətdə orta təhsilə hazırlamaq məqsədi güdür".
Rövşən Ağayev daha sonra bildirir ki, nazir lisey və gimnaziyalar kimi elitar müəssisələrin sayının artmasında əsas hədəflərədən biri kimi övgü ilə danışıb: "Amma mən ondan gözləyərdim ki, təhsildə məhz bu tip elitar məktəblərin yaratdığı fərqlərdən, həmin fərqləri aradan qaldırmaq üçün hökumətin hansı strategiyaları izləməli olduğu barədə danışsın. Məsələn, Azərbaycanda orta təhsilin keyfiyyəti və təhsilə əlçatanlıq baxımından çox ciddi bölgəsəl, coğrafi fərqlər var.
Yeni nazirin ən uğurlu işi bu fərqləri ortaya qoyan samballı bir hesabatla cəmiyyətin qarşısına çıxıb bu köklü problemin həllinə yönəlik strateji baxışını ortaya qoyaydı.
Müsahibədə görmək istədiyim daha vacib bir məsələ təhsil menecmentinə baxış idi. Xüsusilə orta məktəblərin idarə olunması, fəaliyyətində şəffaflıq və icma qarşısında hesabatlılıq, onların fəaliyyətinin nəticələrinə görə differensial stimullaşdırma-cəza sistemlərinin olub-olmayacağı ilə bağlı düşüncələri nədən ibarətdir.
Naziliyin nəticəəsaslı büdcə üçün təqdim etdiyi strateji hədəflər da ayrıca bir maraqlı və müzakirə açılası mövzudur, o da qalsın sonraya...".
MİA.AZ
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək