İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyasının bir qrup aparıcı gəncləri ilə müzakirələr aparılıb, təkliflər dinlənilib - FOTOLAR

img

27-06-2021 [17:08]


Assosiasiyanın fəaliyyətinə həmişə dəstək olaraq stimul verən İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyevin rəhbərliyi ilə İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyasının bir qrup aparıcı üzvləri ilə görüş keçirilib.

Vahid müəllim ötən dövrdəki uğurlu layihələrdən söhbət açaraq gənclərə minnətdarlığını bildirib.

Tədbirlərin, layihələrin Assosiasiyanın feysbuk səhifəsində daim əks olunmasını təqdirəlayiq hal olduğunu qeyd edib.

Aşağıda göstərilən, həyata keçirilən layihələrin əhəmiyyəti, uğurlu cəhətləri Vahid Tağıyev tərəfindən qeyd edilərək qarşılıqlı müzakirələr aparılıb:

- "Yaxşı müəllim olmaq üçün ən vacib şərtlər hansılardır?"- adlı müzakirələr;

- "Qabaqcıl müəllim axtarışında" (iş fəaliyyətini təqdim etmək istəyən müəllimlərin özlərinin təşəbbüsü ilə təcrübələrinin öyrənilməsi və yayılmasına üstünlük verilməklə).

Bu layihə qarşıdakı dərs ilində davam edəcək:

- "Təmiz əllər" estafeti (əqidə və əməli fəaliyyəti ilə nümunə olan müəllimlərin təqdim olunması);

- "Pedaqoji fəaliyyət illərindən ibrətamiz xatirələr"in bölüşülməsi;

- Uğurları olan müəllimlərin fəaliyyəti ilə onların iş yerində tanış olmaq;

- "Evdə qal" günlərində orta məktəb və tələbəlik illərindən yumor hissi, gülüş yaradan əhvalatlar; 

- Məktəblərarası intellekt, bilik yarışları;

- "Məktəbimizin tarixi";

- Gənc müəllimlərin ilk təcrübələri haqqında təəssüratları;

- "Müəllim qələmindən” (yaradıcı müəllimlərin müxtəlif mövzularda yazıları, məqalələri); 

- “Ustad pedaqoqların tövsiyə və məsləhətləri” və s. layihələr.

Bütün tədbirlərdə Assosiasiya üzvləri bir birinə dəstək olmuş və fəal iştirak etmişlər.

Yadda qalan tədbirlərə nümunə olaraq İmişli şəhər 1 saylı məktəb-liseyin müəllimi Fatimə Səmədovanın "Qış məktəbi" adlı rəsm sərgisi, Əzizbəyim Muxtarovanın "İngiliscə-Azərbaycanca lüğət" kitabının təqdimatı, 8 saylı məktəbin müəllimləri - Mirəliyusif Kazımov, Rüfanə Hüseynovan və Arzu Bəhrəmlinin "Qarakənd faciəsi" ilə bağlı tədbiri, Mirəliyusif Kazımovun "Qarabağ xanlıqları" mövzusunda açıq dərsini və s. göstərmək olar.

Məktəblər arasında keçirilən intellektual yarışlar - Hacalmuradlı kənd tam orta məktəbində "Yaddan çıxmaz Qarabağ" adlı yarış, "Nizami ili"nə həsr olunmuş Məzrəli-Allahmədətli-Hacalmuradlı-Hacıbabalı məktəbləri arasında yarış, Məzrəli-Qızılkənd-Allahmədətli məktəbləri arasında, Əliqulular kənd tam orta və şəhər 7 saylı tam orta məktəbin şagirdləri arasında keçirilən intellektual yarışları və A. Allahverdiyev adına Qaralar kənd, Bəhrəmtəpə qəsəbə, Otuziki kənd, şəhər 8 saylı tam orta məktəblərin şagirdləri arasında keçirilən "Gözəl yazı nümunəsi" yarışları nümunə kimi qeyd olundu. 

Ötən tədris ilində İmişli şəhər 8 saylı məktəbin tarix müəllimi Mirəliyusif Kazımovun "Gənc müəllimlərin fəaliyyətlərinin inteqrasiya edilməsi, stimullaşdırılması, dəstəklənməsi" adlı qrant layihəsi respublikada qalib oldu. Rayonda layihənin tətbiqinin, qrant müsabiqəsinin yaradıcı müəllimlərin potensial imkanlarını üzə çıxarmasında xüsusi yeri oldu. Layihənin reallaşması üçün aparılan təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olundu.

Assosiasiyanın fəal üzvlərinin rəhbərliyi ilə İmişli rayonu üzrə vatsap qrupları yaradılmışdır. Direktor müavinləri və müxtəlif fənlər üzrə ayrı-ayrılıqda yaradılmış vatsap qrupları təhsil şöbəsi ilə birgə əməkdaşlıq edərək il ərzində müəllimlərin yeniliklərlə vaxtında məlumatlanması, bir-birinin iş fəaliyyətləri ilə tanışlıq, qarşılıqlı fikir mübadiləsi, müzakirələr baxımından əhəmiyyətli olmuşdur.

Bir qrup fəal müəllimin iştirak etdiyi tədbirdə İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyasının sədri Səbinə Əsədova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İmişli rayonu üzrə koordinatoru Gülgün Rzayeva, Assosiasiyanın idarə heyətinin üzvləri Ülkər Fərəcli, Nuriyə İsmayılova, direktor müavinləri vatsap qrupunun rəhbərləri Gülər Əhmədova və Şəfəq Fərzalıyeva, riyaziyyat vatsap qrupunun rəhbəri, fəal müəllim Rüfanə Səmədova, ingilis dili vatsap qrupunun rəhbəri, fəal müəllim Əzizbəyim Muxtarova, kimya qrupunun rəhbəri Firuzə Bayramova çıxış edərək maraqlı fikirlərini, təkliflərini bildirdilər. Tədbirdə yeni layihələr müzakirə olundu. 

Çıxış edənlər onlara yaradılan şəraitə və etimada görə minnətdarlıqlarını bildirdilər.

Qarşıdakı tədris ilində interaktiv layihələrin həyata keçirilməsinə böyük ümid və əzmkarlıq ifadələrinin nümayiş etdirilməsi iştirakçılar arasında xoş ovqat yaratdı.
   
Gülgün Rzayeva,

AGMA-nın İmişli rayonu üzrə koordinatoru.

Mia.az

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA