"Azəriqaz"ın əməkdaşını çomaqla döyüblər

img

26-06-2021 [16:08]


"Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa xidmət sahəsində təmir-bərpa üzrə qaynaqçı vəzifəsində işləyən Babayev Ələkbər İbarət oğlu abonentin fiziki təzyiqinə məruz qalıb.

“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, o, Aşağı Göyçəli kəndində 420 manat debitor borcu olan abonent Vəliyev Vilayətin qaz təchizatını dayandırarkən gözləmədiyi halda arxadan boyun və qol hissəsinə ağacla zərbələr endirilib. Təhqir olunub, qaynaq aparatı əlindən alınıb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA