Pakistan və Türkiyənin Azərbaycandakı səfirlər görüşüb: "Üçtərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik”

img

25-06-2021 [11:32]


Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri Bilal Haye və Cahit Bağçı arasında görüş keçirilib.

Mia.az Report-a istinadlaxəbər verir ki, bunu pakistanlı diplomat tvitterdə yazıb.

Görüş Pakistan səfirliyində keçirilib: “Pakistan və Türkiyə arasındakı mükəmməl ikitərəfli əlaqələri və qardaş Azərbaycanla üçtərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik”

Xatırladaq ki, Azərbaycan bir qədər əvvəl Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası üçtərəfli əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Pakistan Milli Yığıncağının spikeri Əsəd Kəysər Milli Məclisin spikeri Sahibə Qafarova ilə telefon danışığı zamanı bu təşəbbüsünü alqışladığını və bunu qardaş ölkələrin sıx və səmimi parlamentarası əlaqələri baxımından yeni mərhələnin başlanğıcı olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA